
Bakıda baş verən avtobus qəzasında yaralanan şəxslərin sayının 13 olduğu məlum olub.
3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya xəsarətlə 13 nəfər daxil olub. Xəsarət alanların 3-ü uşaqdır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində 1957-ci il təvəllüdlü İlyas Məmmədkərim oğlu Kərimovun idarə etdiyi “99-DM-427” dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobili ilə, 1967-ci il təvəllüdlü Əhməd Nəsib oğlu Məmmədovun idarə etdiyi “10-TG-065” dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişin avtobusu aşıb.
Sərnişin avtobusunun sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın baş verməsidir.
11:33
Bakıda sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər yaralanıb.
Bu gün səhər saatlarında Suraxanı rayonunda 113 saylı avtobus marşrutunun aşması nəticəsində 8 nəfər yaralanıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, yaralılardan 7-nin vəziyyəti orta-ağırdır və onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bir yaralıya isə hadisə yerində tibbi yardım göstərilib. Qəzada ölən olmayıb.
10:30
Bakıda sərnişin avtobusu qəza törədib.


