Xəbər lenti

Bakıda avtobus dayanacağı aşdı - FOTOLAR
Ölkə08:47 27.02.2017

Bakıda avtobus dayanacağı aşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 26-da Bakıda əsən güclü külək fəsadlara səbəb olub. 

Lent.az xəbər verir ki, bəzi binaların damı uçub, ağaclar aşıb, inzibati tikililərə ziyan dəyib. Bakının Nəsimi rayonu ərazisində külək avtobus dayanacağını aşırıb. Səbaildə isə küləyin gücündən taksafon aparatı yerindən çıxaraq kənara düşüb.

Müvafiq icra qurumları dəymiş ziyanla bağlı tədbirlər görür. 

Qaynarinfo.Az