Xəbər lenti

Bakıda avtobus dəhşətli qəza törətdi: məktəbli öldü
Ölkə06:34 30.04.2015

Bakıda avtobus dəhşətli qəza törətdi: məktəbli öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
88 saylı avtobus 13 yaşlı məktəblini vurub.
Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, Azadlıq prospektində "Çinar" MMC-yə məxsus olan və 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı, 90 TH 414 nömrəli avtobus 10-12 yaşlı oğlanı vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar nəticəsində ölən piyadanın 2002-ci il təvəllüdlü Məmmədov Murad Həsən oğlu olması müəyyən edilib. Onu vuran avtobusun sürücüsü, Gəncə sakini Atayev Seymur Taryel oğlu polis bölməsinə aparılıb. 
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info