Bakıda avtobus gözləyən qadın huşunu itirərək yerə yıxılıb.
32gun.news-un məlumatına görə, hadisə Yasamal rayonu Elmlər Akademiyası metrosunun girişində baş verib.
Hadisə yerinə gələn polis və səhiyyə işçiləri qadını ayıltmağa çalışıb. Bir müddət sonra həmin qadın özünə gəlib.