Xəbər lenti

Bakıda avtobus piyadanı vuraraq öldürdü
Ölkə09:56 21.02.2025

Bakıda avtobus piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda marşrut avtobusu ağır qəza törədib.
Qaynarinfo xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev "Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində piyadanı vurub.
Nəticədə yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.