Xəbər lenti

Bakıda avtobus qəza törətdi, yolda tıxac yarandı (FOTO)
Ölkə17:55 06.03.2018

Bakıda avtobus qəza törətdi, yolda tıxac yarandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Şahidlərin sözlərinə görə, qəza "VAZ 2107” markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.
"VAZ 2107” markalı avtomobillə toqquşan nəqliyyat vasitəsi daha sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib.
Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.