Xəbər lenti

Bakıda avtobus qəzası: 2 ölü - YENİLƏNİB-FOTOLAR
Ölkə17:58 28.03.2015

Bakıda avtobus qəzası: 2 ölü - YENİLƏNİB-FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Babək prospektində 49 N-li sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. 
Belə ki, sərnişin avtobusu qarşı yola çıxıb və bu zaman əks istiqamətdə hərəkət edən “Mercedes” markalı minik avtomobil ilə toqquşub. 
Hadisə zamanı “Mercedes”də olan bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətə xəstəxanaya aparılıb.
*  *  *
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, komada olan şəxs xəstəxanada dünyasını dəyişib.
Qaynar.info