
12:01
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sərnişin avtobusu yanıb, sürücü ağır bədən xəsarətləri alıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyəti hələ məlum olmayan sürücü ağır yanıq xəsarətləri ilə 5 saylı şəhər Xəstəxanasının Yanıq Mərkəzinə yerləşdirilib.
Yanğına elektrik naqillərində yaranan problem səbəb olub. Avtobus tamamilə yararsız hala düşüb.
Yanan “Mercedes” markalı, RJB 777 GE dövlət nömrə nişanlı avtobus Marneuli-Bakı marşrutu üzrə sərnişin daşıyırmış. Yanğın baş verən zaman avtobusda sərnişinlər olmayıb.
-------
11:03Bakıda avtobus yanır.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. İkimərtəbəli avtobusda baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Qaynar.info


