
Bakıda avtobus yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, ”Şamaxinka” adlanan ərazidə sərnişin avtobusu qəflətən alışıb. Hadisə yerinə 1 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğın zamanı xəsarət alan olmayıb.