Xəbər lenti

Bakıda avtobus, yük maşını və yanacaq daşıyan avtomobil toqquşdu
Ölkə05:14 05.07.2013

Bakıda avtobus, yük maşını və yanacaq daşıyan avtomobil toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda zəncirvari qəza baş verib.

Qaradağ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin avtobusu, “Ford” markalı yük maşını və “Azpetrol” şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub.

Qəza zamanı bir uşaq xəsarət alıb. Hadisə ilə əlaqədar ərazidə böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info