Xəbər lenti

Bakıda avtobusla “Kamaz” toqquşub
Ölkə07:20 18.07.2014

Bakıda avtobusla “Kamaz” toqquşub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində yol qəzası baş verib. Paytaxtın Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Buzovna qəsəbəsində qeydə alınıb.
 
1976-cı il təvəllüdlü Vüqar Ağamehdi oğlu Hacıyevin idarə etdiyi 10 CD 468 dövlət nömrə nişanlı, 107 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1994-cü il təvəllüdlü Elməddin Şahnəzər oğlu Vəliyevin idarə etdiyi 10 CP 476 “Kamaz” markalı yük avtomobili ilə toqquşub.
 
Qəza zamanı sərnişin avtobusunda olan 1993-cü il təvəllüdlü Fərhad Şahid oğlu Səfərov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info