Xəbər lenti

Bakıda avtobuslar 20 saatlıq iş rejiminə keçəcək
Ölkə11:30 17.04.2015

Bakıda avtobuslar 20 saatlıq iş rejiminə keçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək. Bunu "Trend"ə Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
Onun sözlərinə görə, eyni zamanda Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa, ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.
N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.
Qaynar.info