Bu gecə yağan yağış paytaxt Bakıda ciddi problemlərə yol açıb. Anspress-in məlumatına görə, yağış Bakının bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic edib.
Əsas problemlərdən biri də Bakı-Şamaxı yolunda yaşanıb. Oxucuların verdikləri məlumata görə, yolun 14-cü km-də yağış sularından nəhəng gölməçələr meydana gəlib. Nəticədə hərəkət edən sərnişin avtobuslarının hərəkətində problem yaranıb.
Verilən məlumata görə, içi dolu olan 2 avtobus su gölməçəsində batıb.
Xatırladaq ki, bənzər vəziyyət paytaxtın Nərimanov rayonu ərazisindəki “Çerment” körpüsü kimi tanınan yerdə baş verib.
Qaynar.info



