Xəbər lenti

Bakıda avtobuslar toqquşdu - VİDEO
Ölkə10:52 29.06.2014

Bakıda avtobuslar toqquşdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda növbəri avtobus qəzası baş verib.

Qaynar.info “xəzərxəbər”ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 170 və 202 nömrəli marşrutda hərəkət edən avtobuslar toqquşub.

3-cü mikrorayon dairəsindən Şamaxinka deyilən əraziyə gedən yolda baş verən qəza nəticəsində avtobusların hər ikisi sıradan çıxıb.

Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Əraziyə evakuator çağrılıb və qəzaya uğrayan avtobuslar yoldan götürülüb.

Qəzanın səbəblərini polis müəyyən edəcək.