Xəbər lenti

Bakıda avtobusu qəzası: ölən və yaralanan var
Ölkə07:07 19.09.2016

Bakıda avtobusu qəzası: ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı minik avtomobili  ilə "Daewoo" markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.(lent.az)

Qaynarinfo.Az