Xəbər lenti

Bakıda avtomobil ər-arvadı vuraraq öldürüb
Ölkə05:18 05.06.2014

Bakıda avtomobil ər-arvadı vuraraq öldürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 4-də saat 10:55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri - 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub, nəticədə T.Nəcəfov hadisə yerində ölüb.

Z. Nəcəfova isə Travmatologiya İnstitutuna yerləşdirilib və orada dünyasını dəyişib.

Qaynar.info