Xəbər lenti

Bakıda avtomobil körpünün bir hissəsini dağıtdı - FOTOLAR
Ölkə05:22 29.05.2013

Bakıda avtomobil körpünün bir hissəsini dağıtdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 `Körpü yaxın günlərdə əsaslı təmir edilib

Naməlum avtomobilin Cavanşir körpüsünə çırpılması nəticəsində bir ədəd işıq dirəyi, məhəccərlər sıradan çıxıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yol-nəqliyyat hadisəsini törədən şəxs hadisə yerini tərk etdiyi üçün onun kimliyini hələlik müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, körpü yaxın günlərdə əsaslı təmir edilib.

Qaynar.info