Xəbər lenti

Bakıda avtomobil oğrusu tutulub
Ölkə11:48 11.11.2013

Bakıda avtomobil oğrusu tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iki avtomobil oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə,  Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Xaçmaz rayon sakini Elşad Yusupov saxlanıb.

Müəyyən edilib ki, o, oktyabrın 23-nə keçən gecə Ə. Kərim küçəsində Ayət Gülməmmədova məxsus «VAZ-2106» markalı, noyabrın 8-də Nizami rayonu K. Balakişiyev küçəsində Fərhad Tağıyevə məxsus «VAZ-2107» markalı avtomaşınlarını qaçırıb, noyabrın 7-nə keçən gecə isə Bakıxanov qəsəbəsində Seymur Babayevə məxsus «VAZ-2106» markalı avtomaşından açar seçmə yolu ilə 150 manat, sənədlər və spirtli içki oğurlayıb.

Qaynar.info