Xəbər lenti

Bakıda avtomobil piyadanı vuraraq öldürdü
Ölkə06:25 28.11.2013

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi  Əhəd Yaqubov 36 ünvanında qeydə alınıb.
 
1960-cı il təvəllüdlü Səbail rayon sakini Əli İsmayıl oğlu İbrahimov idarə etdiyi 99-DU-089 dövlət nömrə nişanlı, “Land Rover Discovery” markalı avtomobillə Bakı sakini, piyada 1958-ci il təvəllüdlü Əli Qurban oğlu Binnətovu vurub. Piyada hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.


Qaynar.info