Xəbər lenti

Bakıda avtomobil toqquşmadan sonra alışdı - sürücü yandı (VİDEO)
Ölkə18:36 01.04.2018

Bakıda avtomobil toqquşmadan sonra alışdı - sürücü yandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Bakıda iki avtomobilin toqquşması yanğına səbəb olub. Hadisə metronun ''20-yanvar'' stansiyası yaxınlığında qeydə alınıb. 
Qaynarinfo xezerxeber-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, ''Mersedes'' markalı minik avtomobili ''Vaz-2106'' markalı avtomobillə toqquşıub. Güclü zərbə alan ''Vaz'' markalı maşın bir qədər kənara gedərək yanmağa başlayıb. Dərhal ətrafda olan şahidlər avtomobildən sürücünü çıxarmağa çalışıblar. Amma buna baxmayaraq sürücü yanıq xəsarətləri alıb. O dərhal xəstəxanaya aparılıb. Əraziyə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər. Məlumata görə, avtomobil yanaraq tamamilə yararsız hala düşüb. 
Faktla bağlı araşdırma aparılır.