Xəbər lenti

Bakıda avtomobildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
Ölkə18:54 30.09.2016

Bakıda avtomobildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakının Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “VAZ” markalı minik avtomobilinin hərəkətini məhdudlaşdırıb.

Qaynarinfo.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə olan 1 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 21:58-də başa çatıb.

Qaynarinfo.Az