Xəbər lenti

Bakıda avtoş tutuldu
Ölkə09:58 21.02.2015

Bakıda avtoş tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtoxuliqanlıqla məşğul olan şəxs saxlanıb.
Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 18-də Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, G.Qasımov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Qaynar.info