Martın 4-də Heydər Əliyev prospektində aralarında yarış keçirib "ara işləyən", digər hərəkət iştirakçılarına açıq-aşkar narahatçılıq yaradıb təhlükə yaşadan 99 DR 130 və 90 VO 302 dövlət qeydiyyat nişanlı avtomobillər videokameralara düşüb.
Qaynarinfo-ya təqdim olunan görüntülərdən görünür ki, sürücülər ətrafdakılar üçün əməlli-başlı təhlükə yaşadır. 90 VO 302 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü hətta "ara işləyən" zaman yolun kənarında dayanan su maşını ilə toqquşmadan son anda yayınır, bu zaman isə öz yolu ilə hərəkət edən "Opel" markalı avtomobili vururdu. Xoşbətxlikdən "Opel" markalı avtomobilin sürücüsü son anda zolağını dəyişməklə hadisədən yayına bilib.
Videogörüntünü təqdim edirik.