Xəbər lenti

Bakıda azadlığa buraxılan şəxs bir neçə dəqiqə sonra yenidən saxlanıldı
Ölkə08:27 17.10.2014

Bakıda azadlığa buraxılan şəxs bir neçə dəqiqə sonra yenidən saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda verilən qərarla azadlığa buraxılan Məhərrəmov Yusif Kamil oğlu bir neçə dəqiqə sonra polislər tərəfindən saxlanılıb.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Y.Məhərrəmov məhkəmə binasından çıxan kimi bir neçə polis ona yaxınlaşıb və maşına əyləşdirərək Polis Bölməsinə aparıblar.

Onun başqa cinayət əməlində şübhəli bilindiyi bildirilir. Həmin vaxt Y.Məhərrəmovun yanında olan qohumları da polis maşınını təqib etməyə başlayıb.

 Y.Məhərrəmovun ifadəsinin alınması üçün Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilir.

 Qeyd edək ki, Y.Məhərrəmov keçən il Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsində təqsirləndirilən şəxslər arasında olub. O, soyuq silah gəzdirməkdə təqsirləndirilib və məhkəmə qərarı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin 1 il 2 ay əvvəl həbs edildiyindən bu gün məhkəmə zalındanca azadlığa buraxılıb.

Qaynar.info