Xəbər lenti

Bakıda kasıbları təhqir edən sürücü saxlanıldı (VİDEO)
Ölkə16:01 11.01.2022

Bakıda kasıbları təhqir edən sürücü saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.
Qaynarinfo Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən "Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.
<iframe width="823" height="463" src="https://www.youtube.com/embed/qVo2nt2riPc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen=""> <iframe src="http://baku.tv/embed/48957" width="640" height="360" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">