Xəbər lenti

Bakıda azyaşlı uşaq anasının meyidini hamamda tapdı
Ölkə07:23 08.01.2014

Bakıda azyaşlı uşaq anasının meyidini hamamda tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

38 yaşlı qadının dəm qazından boğulduğu bildirilir


Bakının Nizami rayonunda mənzillərin birində 36 yaşlı qadın meyidi tapılıb. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Şərifli küçəsi 1A ünvanında baş verib. Orada yaşayan 1977-ci il təvəllüdlü Arzu Kərbağa qızı Məmmədova hamamda huşsuz tapılıb. Hadisə yerinə təcili yardım çağrılıb. Həkimlər qadının öldüyünü müəyyən edib. Araşdırmalar zamanı qadının dəm qazından boğulduğu müəyyən olub. Qadın hamamda çimirmiş. Lakin uzun müddət hamamdan çıxmadığını görən qadının azyaşlı qızı anasını səsləyib. Qadından səs gəlmədikdə, qapını açıblar.

Faktla bağlı araşdırmalar aparılır.


Qaynar.info