
Maştağada 49 yaşlı kişi özünü bağ evində asıb
Bu gün səhər saat 07:55 radələrində Bakının Sabunçu rayonunda 49 yaşlı kişi özünü asıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova ANS PRESS-ə açıqlamasında bildirib ki, Maştağa qəsəbəsi Sabun küçəsi, bağ evlərində 49 yaşlı kişi özünü darvazadan asıb.
Z.Vahidovanın sözlərinə görə, təcili yardım həkimləri hadisə yerinə çatanda kişi ölübmüş.
Qaynar.info