Xəbər lenti

Bakıda bağlanan və yolu dəyişən avtobuslar - SİYAHI
Ölkə06:21 29.05.2015

Bakıda bağlanan və yolu dəyişən avtobuslar - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşurutların son siyahısı məlum olub. 

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin Anspress-ə verdiyi məlumata görə, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb.

İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.

2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "Xətai" metrostansiyası; 

15 saylı avtobus xəttinin hərəkət istiqaməti "Qara Qarayev"

120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "20-ci sahə"yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.

70 saylı avtobus xətti - "Neftçilər" metrostansiyası;

82 saylı sərnişin avtobusu - "Ulduz" stansiyası; 

İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

Qaynar.info