Xəbər lenti

Bakıda bank 9 ildən sonra müştəriyə 1 qəpiklik borc çeki göndərdi - FOTO
Ölkə13:47 11.08.2016

Bakıda bank 9 ildən sonra müştəriyə 1 qəpiklik borc çeki göndərdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda qəribə hadisə baş verib. 
Paytaxt sakini 9 il sonra bankdan borc qəbzi göndərilib.
"NBC" bankın Sahil filialından göndərilən qəbzdə 11.08.2016 tarixinə qalıq borc kimi 0.01 AZN qeyd edilib.
Redaksiyamıza qəbzin fotosunu göndərən oxucumuz təəccübünü gizlətməyib. Vətəndaş bildirir ki, 9 il əvvəl 38 min AZN həcmində avtomobil krediti götürüb. Qısa müddət ərzində həmin borcu ödəyən müştəri bu yaxınlarda növbəti dəfə həmin banka müraciət edib.
Son nəticədə "NBC" bank müştəriyə qalıq borcunun olduğunu əsas gətirərək kredit verməkdən imtina edib. (baku.ws)
Qaynarinfo.Az