Bakıda motosikletçi ilə yol polisi arasında insident yaşanıb. Milli.az xəbər verir ki, Tiflis prospektində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayev Fərid adlı baykeri saxlamaq əmri verib. Sonra isə yol patrul inspektoruna baykeri yoxlamağı tapşıraraq hadisə yerindən uzaqlaşıb.
Yol polisi protokol tərtib etmədiyi, İnzibati Xəralar Məcəlləsinin hansı maddəsini pozduğunu demədiyi, əvəzində isə sənədləri qaydasında olan baykeri polis bölməsinə aparmaq istərkən maraqlı anlar yaşanıb. Yol polisi YPX dəvət etdiyi anda isə öz hüquqlarının müdafiəsi üçün bayker 102 qaynar xəttinə zəng vurub və qanunsuzluq barədə məlumat verib. DİN-in qaynar xəttindən edilən müdaxilədən sonra baykerin hüquqları bərpa olunub.
Bayker baş verən bütün prosesi reqistrator vasitəsilə qeydə alıb.
Belə neqativ hallara həmişə çox sərt reaksiyası ilə fərqlənən DİN-in hələlik hadisə barədə rəsmi açıqlaması yoxdur.
Qaynar.info