Xəbər lenti

Bakıda bayram konserti təxirə salındı
Ölkə14:09 27.12.2016

Bakıda bayram konserti təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilməyəcək.

Bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. 

İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıyıb.

Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda bununla belə atəşfəşanlığın olacağını vurğulayıb:

"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib. Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib".

Qaynarinfo.Az