Xəbər lenti

Bakıda bayram yarmarkalarının çadırları sökülür
Ölkə17:49 06.01.2017

Bakıda bayram yarmarkalarının çadırları sökülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bayram yarmarkalarının keçirilməsi üçün quraşdırılan çadırların sökülməsinə başlanılıb. 

Bu barədə “Trend”ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib: "Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb".

Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.

Qaynarinfo.Az