
Bakıda bazarda yanğın başlayıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Sabunçu qəsəbəsində yerləşən bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
***
Sabunçu bazarında baş verən yanğın söndürülüb.
İlkin ehtimala görə qısaqapanmadan baş verən yanğın zamanı xəsarət alan olmayıb. Yanğınla bağlı araşdırma aparılır.
Qaynar.info