Xəbər lenti

Bakıda bazarda dəhşət: qadın özünü yandırdı
Ölkə06:06 14.08.2015

Bakıda bazarda dəhşət: qadın özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Bakı Mərkəzi Bazar" MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızı özünü yandırıb. Qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər.
X.İmanova bazardaca yanaraq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info