
Ötən gün Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şimal Dres qəsəbəsində rayon elektrik şəbəkəsində işləyən usta bədbəxt hadisənin qurbanı olub.
Belə ki, usta Dövlət Mirzəyev təmir işləri görərkən elektrik dirəyindən yıxılıb. Usta ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin ehtimala görə usta ehtiyatsızlıq səbəbindən yıxılıb.
Qaynar.info