Xəbər lenti

Bakıda bədbəxt hadisə - 2 nəfərin meyiti çıxarıldı
Ölkə16:33 08.09.2016

Bakıda bədbəxt hadisə - 2 nəfərin meyiti çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Qafqazinfo xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dərinliyi təxminən 20 m olan su quyusuna düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Qaynarinfo.Az