Xəbər lenti

Bakıda bələdiyyələrdən biri ləğv edilir
Ölkə13:50 06.05.2016

Bakıda bələdiyyələrdən biri ləğv edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səbail rayonunda formalaşan Bibiheybət  bələdiyyəsinin digər  Səbail və ya Badamdar bələdiyyəsinə birləşdiriləcəyi gözlənilir.

Bu barədə məlumat Bibiheybət bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, hazırda bələdiyyə ərazidə hər hansı vergi növünün yığımında çətinlik çəkdiyindən büdcədə maliyyə vəsaiti demək olar ki, yoxdur. Maliyyə vəsaiti olmadığından sakinlərin qaldırdığı problemlərin həllində də çətinlik çəkilir.

Bələdiyyənin hansı bələdiyyəyə və  nə vaxt birləşdiriləcəyi isə secicilərin rəyindən asılı olacaqdır.

Qeyd edək ki, adıçəkilən bələdiyyə 1999-cu ilin ilk bələdiyyə seçkilərində doqquz üzvlə  formalaşıb.

Xatırladaq ki, Bakı şəhərində 52 bələdiyyə formalaşdırılıb. İlkin seçkilərdə isə bələdiyələrin sayı 49 olub.

Saytın aparıdğı aradırmalar göstərir ki, növbəti bələdiyyə seçkilərində paytaxtın bir sıra perspektivsiz bələdiyyəsi birləşdirilə bilər.

Qaynarinfo.az