Xəbər lenti

Bakıda bəzi avtomagistrallarda sürət həddi endirildi
Ölkə06:00 23.08.2020

Bakıda bəzi avtomagistrallarda sürət həddi endirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.