
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, yorucu və uzun müddətli tıxacların, bir-biri ilə yarışa girərək sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin, eləcə də, paralel xətlə işləyən avtobusların qarşısını almaq üçün daha 12 marşurut avtobusunda dəyişiklik edilib. Onlar arasında fəaliyyəti təmamilə dayandırılanlar da var. 10 marşrut xətti başqa istiqamətə dəyişdirilib, 2-si isə təmamilə ləğv edilib.
Bəzi avtobuslar bağlanıb, bəzilərinin hərəkət sxemi dəyişdirilib. Məsələn 87,121 saylı marşurut avtobusları bağlanıb, 102, 131, 163, 166, 15, 42 və digər avtobuslarınsa hərəkət sxemi dəyişdirilib. Nazirlik tərəfindən atılan bu addım bu dəfə də birmənalı qarşılanmayıb. Marşurut avtobusundan gündəlik istifadə edənlər aparılan islahatların sərnişinlərin xeyrinə olmadığını deyir. Sürücülər isə bu dəyişikliklərin onlara heç bir problem yaratmadığını deyir.
Bu günə kimi aparılan islahatlar nəticəsində marşurut xətlərinin 174 -ə kimi endirildiyini deyən Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov bu prosesin mərhələli şəkildə davam edəcəyini bildirdi: “43 saylı avtobusun da xətti dəyişəcək. Məqsəd Neftçilər, Qara Qarayev və digər yollarda tıxacların qarşısını almaq üçündür”.
Qurum rəsmisi bağlanan marşurut xətləri ilə əlaqədar yarana biləcək sərnişin sıxlığına da aydınlıq gətirdi. Bildirdi ki, hazırda xəttə çıxarılan orta və iritutumlu avtobuslarla bu problem də öz həllini tapacaq.
Qaynar.info