Xəbər lenti

Bakıda binada partlayış: yaralılar var
Ölkə18:41 31.10.2013

Bakıda binada partlayış: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb.

Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri almış və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Qaynar.info