Xəbər lenti

Bakıda binada yanğın - 30 nəfər təxliyyə olundu
Ölkə06:08 24.03.2016

Bakıda binada yanğın - 30 nəfər təxliyyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda binada yanğın baş verib.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki,Bakı şəhəri, Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanmışdır.

Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur.

Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info