Xəbər lenti

Bakıda binaların üzlənməsi üçün yeni materiallar gətirildi - FOTOLAR
Ölkə11:35 20.05.2015

Bakıda binaların üzlənməsi üçün yeni materiallar gətirildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb.

"Report"un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyib.

Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb. 

İş icraçısı Ramin Cəfərov "Report"a bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: "Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".

Qaynar.info