Xəbər lenti

Bakıda bir ailə dəm qazından zəhərləndi
Ölkə17:51 05.01.2019

Bakıda bir ailə dəm qazından zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goradil qəsəbəsində zəhərlənmə hadisəsi qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Goradil qəsəbəsinin təxirə salınmaz tibbi yardım məntəqəsinə daxil olan məlumata əsasən, qəsəbə sakini 41 yaşlı Elnarə Aslanova və yeddi  övladı dəm qazından zəhərlənib.
E.Aslanova və övladları təcili olaraq Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bu xəbəri saytımıza  təsdiqləyib.
Qeyd edək ki, E.Aslanovanın 10 övladı var.
Toksikologiya Mərkəzindən verilən məlumata görə, E.Aslanovanın və övladlarının həyati təhlükəsi yoxdur.