
Bir gecədə 3 minik avtomobili yanıb.
Abşeron şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub.
Yanğın hər üç halda yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info