Xəbər lenti

Bakıda bölməyə gətirilən şəxs polisə yumruq vurdu
Ölkə09:32 16.07.2015

Bakıda bölməyə gətirilən şəxs polisə yumruq vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polis əməkdaşına xəsarət yetirilib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Bakı şəhər sakini, Vadim Abdulkərimov sərxoş halda orada işləyən Rafiq Ramiz oğlu Əsədovu söyüb. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılan Post Patrul Xidmət Bölüyünün əməkdaşı polis serjantı, 1984-cü il təvəllüdlü Babək Kərimovu söyərək təhqir edib və yumruqla üz nahiyəsinə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info