10: 46 “Biz çalışırıq ki, sivilizasiyalararası, mədəniyyətlərarası proseslərə daha çox töhfə verək. İnsanları bir-birlərindən ayrımaq lazım deyil. Bütün bunlar da sülhə dayanır. Beynəlxalq ictimaiyyət multikulturalizmə dəstək verir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Prezident qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub: “Azərbaycan bir çox beynəlxalq təşkilatlarların üzvüdür. Bu illər ərzində özümüzü tərəfdaş təqdim edə bildik. Müstəqillik illəri dəyişiklik illəri idi. Hazırda Azərbaycanda din, mətbuat, ifadə azadlığı var”.
10:15Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun rəsmi açılış mərasimi başlayıb.
“Report”un xəbərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo (José Manuel García-Margallo) çıxış edəcək. BMT baş katibi Pan Gi Mun isə qlobal foruma videokonfrans vasitəsilə qoşulacaq.
“İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə təxminən 2000 qonaq qatılıb.
Açılış mərasimindən sonra forum işini plenar sessiyalarla davam etdirəcək.
Forum çərçivəsində 2 plenar və 16 panel iclası keçiriləcək. İclaslarda ekspertlər inkluziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə edəcək.
Qaynarinfo.Az