Xəbər lenti

Bakıda bomba həyəcanı yaradan şəxs axtarılır - VİDEO
Ölkə09:05 15.09.2014

Bakıda bomba həyəcanı yaradan şəxs axtarılır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 31-də yaşayan Novruz Əhmədova məxsus mənzilə bomba qoyulması barədə məlumat yayılıb. 
ANS TV-nin məlumatına görə, mənzildə olan telefona zəng edən naməlum şəxs oraya partlayici maddə qoyulması barədə ev sahibinin qızına xəbər verib. Dərhal evi tərk edən sakinlər bu barədə polisi və FHN-ni xəbərdar ediblər. Əraziyə cəlb olunan xilsedicilər mənzildə axtarış işləri aparıblar. Sonda isə mənzildə bomba olması barədə ev sahiblərinə verilən məlumat öz təsdiqini tapmayıb. 
Ev sahibi Novruz Əhmədovu sözlərinə görə, evə zəng gəlib ki, evdə bomba var evi tərk edin. Polis çağıran ev sahibinin evində axtarışlar aparılıb vəevdən heç nə tapılmayıb. 
Bundan sonra isə sakinlərin mənzilə daxil olmasına icazə verilib. Hazırda hadisə ilə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Əhmədovlar ailəsinin evinə bomba qoyulması barədə yalan məlumat verən şəxsin axtarışları isə davam etdirilir. 

Qaynar.info