Xəbər lenti

Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən kişi saxlanıldı
Ölkə19:17 05.04.2025

Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən kişi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu rayonunda arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb:
"Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır".