
Bu gün bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları “İngiltərə, ikili standartlardan əl çək!”, “İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, “London platformasının insan hüquqlarına nə aidityyatı?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” və digər şüarlar səsləndiriblər.
Aksiyanın sonuda aksiyanın qətnaməsi oxunub. Qətnamə səfirliyə təqdim olunub. Qətnamədə Azərbaycana qarşı ikili standartlardan əl çəkilməsi tələb edilib.
Qətnamə səfirliyə təqdim olunub.
Qeyd edək ki, bu gün Azərbaycanın bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında da aksiya keçiriblər.
Qaynar.info