Xəbər lenti

Bakıda bu avtobuslar pulsuz oldu
Ölkə14:12 05.06.2018

Bakıda bu avtobuslar pulsuz oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.
MMC-dən Trend-ə verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək "BakuBus” avtobuslarından istifadə edə bilərlər.
Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən "BakuBus” avtobuslarından istifadə pulsuzdur.